Blog

Azərbaycanda harada istirahət etmək olar

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri sizin bu sualınızın ilk cavabıdır. Ölkəyə gələn xarici turistlərin demək olar hamsının ilk dayanacağı olan Bakı son on ildə özünü ən az beş dəfə inkişaf etdirib. Müxtəlif növ idman tədbirlərinin Bakıda keçirilməsi onu beynalxalq sferada irəlidə gedən şəhərlərdən birinə çevirib. Bu gün Bakıda üç milyona yaxın əhali yaşayır. Onlar Bakının əzəli sakinləri, digər rayonlardan köçənlər və xaricilərdən təşkil olunub. Qonaqpərvərliyi ilə seçilən ölkəmizdə siz özünüzü yad hiss etmiyəcək, tarixi abidələrdən və ən əsası bütün görməli yerlərdən zövq alacaqsınız.

Bakıda olan zaman nələr edə bilərsiniz sizin üçün topladıq:

  • İçərişəhəri və daxildə olan abidələri ziyarət etmək
  • Xəzərin sahili boyunca uzanan Bakı bulvarında gəzib oradakı muzey və atraksiyonlara baş cəkmək
  • Şəhər mərkəzində yerləşən butiklərdən yaxınlarınız üçün hədiyyələr almaq
  • Azərbaycanı alovlar ölkəsi edən Atəşgah və Yanardağı ziyarət
  • Xəzərin möhtəşəm çimərliklərini mütləq görməlisiniz
  • Babalarımızın yaşadığı Qobustanda mağaralar baş çəkmək
  • O məşhur palçıq vulkanlarına yürüş etmək
  • Milli hamamlar, At minmə, Qutab bişirilməsi kimi dəyərləri də etməyiniz mütləqdir.

Odur ki, Azərbaycanda harada istirahət etmək olar deməyin elə indi Bakıdan başlaya bilərsiniz.

Flame-Towers

Azərbaycanın ən qədim məskunlaşma mərkəzlərindən biri olan Şəki qədim ipək yollarının üzərində yerləşir. Uzun zamanlardan bəri tarixini qoruyan və gözəlliyi ilə gələn turistləri heyran qoyan Şəki Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Böyük Qafqaz dağlarının ətəyində yerləşən mədəniyyət abidəsi bir çox ziyarət olunmalı məkanları, dadmalı olduğunuz şirniyyatları, və özünəməxsus mətbəxi ilə sizi heyran edəcəklər.

Yoxlamalı olduqlarınızı aşağıdakı listdən öyrənə bilərsiniz

  • Şəki halvası dadmaq
  • Qədim karvansaray və onun ətrafındakı əl işləri emalatxanalarını ziyarət etmək
  • İpək yolunun keçdiyi o qədim küçələrdə gəzmək mütləqdir
  • Şəkiyə bitisiş olan Kiş kəndindəki Alban məbədini ziyarət
  • Şəkinin göz bəbəyi UNESCO-nun qeydiyyata aldığı Şəki Xan Sarayını Ziyarət
  • Qeyd etdiyim Şəkiyə məxsus mətbəxin Piti kimi incilərini dadmaq

Azərbaycanda harada istirahət etmək olar sualının ikinci və sizi ən çox həyəcanlandıracaq cavabı Şəkidir.

Alban-Church

Azərbaycanın ən böyük turizm məkanlarından olan Qəbələ də bizim siyahımızda yer almalı idi əlbəttə. Böyük Qafqazın ən uca zirvələrində yerləşən lüks otellər və inkişaf edən infrastruktur ilə Qələbə Azərbaycanın gözdə məkanlarından biridir. İstər xarici istərsə də daxili tursitlərin mütləq siyahısında olmalı yerdir.

Görməli olduğunuz yerləri və edəcəyiniz atrasiyonları isə aşağıdan seçə bilərsiniz

  • Tufandağda xizək sürüb kanat xətləri ilə uca zirvələri fəth etmək
  • Şəhər ətrafında yerləşən qədim kəndlərdə Azərbaycanın mədəniyyətini kəşf etmək
  • Atıcılıq mərkəzində qabiliyyətlərinizi inkişaf etdirmək
  • Savalan Şərab zavodunda onların dadına baxa və bəyəndiyinizi ala bilərsiniz

Azərbaycanda harada istirahət etmək olar deməyin və Qəbələni də siyahınıza əlavə edib elə bu gün özünüzə bir tur tərtib edib gəzməyə başlayın.

Qebele

Siyahımızı hələlik bu üç şəhər ilə yekunlaşdırırıq ancaq Azərbaycanda harada istirahət etmək olar dedikdə ilk ağlınıza gələn üç şəhərin hara olmasını artıq dedik. Şəhərlərimizə getmək öz vətənimizi tanımaq hamımızın borcudur. Əgər hazır turlardan yararlanmaq istəsəniz bura daxil ola bilərsiniz. Yox, mən artıq xaricə getmək istəyirəm fikrindəsinizsə o zaman ilk addım olan vizaya müraciət üçün bura daxil olun. Biletlər üçün isə saytımız sizə dünyanın hər istiqamətində ən sərfəli qiymətləri təklif edir. Əlavə sulanız yaranarsa biz xətdəyik yazmaqdan çəkinməyin.

Etiketlər:
Posted by:
Niyazi Ibrahimov