AZAL Bakı-Təl-Əviv-Bakı reyslərini bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL, 2025-ci il 28 iyundan etibarən Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşları yenidən həyata keçirəcək. Uçuşlar, Yaxın Şərqdəki gərginlik və bir sıra ölkələrin hava məkanının bağlanması səbəbindən müvəqqəti olaraq dayandırılmışdı. Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava əlaqəsinin bərpasına şərait yaradıb.
Tarix:
28 İyn 2025
Tərəfindən:
Bilet.az