Blog

AZAL-dan Özbəkistanın Ürgənc şəhərinə yeni reyslər

Ürgənc Özbəkistan

2 avqustdan etibarən “AZAL” Ürgənc şəhərinə müntəzəm reyslər açır.

Uçuş günləri: Çərşənbə və şənbə
Biletlər artıq satışdadır!


Ürgənc haqqında maraqlı faktlar

Haradadır?
Ürgənc, Özbəkistanın Xarəzm vilayətində, Türkmənistan sərhədinə yaxın yerləşir.

Nə görmək olar?

  • Avestanın 2700 illiyinə həsr olunmuş abidə
  • Dahi alim Əl-Xarəzmiyə ithaf olunmuş kompleks
  • Xarəzmşahlar dövlətinin son hökmdarı Cəlaləddin Mənqburninin heykəli

Özbəkistana turlar

Hara getmək olar?

  • YUNESKO İrs siyahısında olan qədim Xiva şəhəri – Ürgəncdən cəmi 30 dəqiqəlik məsafədə
  • Ayazqala arxeoloji kompleksi (e.ə. IV əsr) – 70 dəqiqəlik məsafədə
  • Qızılqala (2000 illik tarixi) – 70 dəqiqəlik məsafədə

Nə yemək olar?

  • Tuxum Barak – qutabdan kiçik, düşbərədən böyük, regiona xas xəmir xörəyi
  • Şivit oshi – yaşıl rəngli, unikal dadlı yerli pasta

Viza yoxdur. Səyahətini planlaşdır, Ürgəncin tarixi və dadlı mətbəxi ilə tanış ol!

 

Paylaş
Tərəfindən:
Bilet.az