Rusiyaya Səfərdə Üzərliklə Bağlı Həbs Təhlükəsi

Rusiyaya Səfər Edənlər DİQQƏT!
Üzərlik otunu çantanızda aparmaq sizə baha başa gələ bilər! Rusiyada yaşayan azərbaycanlı vəkil Ələkbər Qarayev bildirir ki, üzərlik otunun tərkibində narkotik maddələr – karnin və karmalin olduğu üçün, bu bitkini ölkəyə gətirən şəxslər cinayət məsuliyyəti daşıya bilər. Hətta sadəcə əl çantasında daşınması belə problem yarada bilər! Rusiyaya səfər etməzdən əvvəl yola salınan “xeyir-dualı üzərlik”lə vidalaşmaq lazım olacaq… Səyahətə çıxmazdan əvvəl bu tip məlumatları yoxlamağı unutmayın.
Bu postu dostlarınızla paylaşın – bəlkə də kiminsə qarşısını vaxtında ala bilərsiniz!
Tarix:
31 May 2025
Tərəfindən:
Bilet.az