Etihad Airways mart ayından bu istiqamətə uçuşlara başlayır

Birləşmiş Ərəb Əmirliklərinin milli aviadaşıyıcısı Etihad Airways 2026-cı ilin mart ayından etibarən Bakı–Abu Dabi marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
Turizmplus.az-ın məlumatına görə, şirkətin yaydığı açıqlamada qeyd olunur ki, bu istiqamət üzrə həftədə 10 reys həyata keçiriləcək.
Etihad Airways-in İcraçı direktoru Antonoaldo Neves bildirib ki, Bakı da daxil olmaqla əlavə olunan yeni istiqamətlər şirkətin strateji genişlənmə planının bir hissəsidir. Onun sözlərinə görə, bu addım həm turizm, həm də ticarət əlaqələrinin inkişafına töhfə verəcək.
Qeyd edək ki, Etihad Airways 2026-cı ilin martından Bakı ilə yanaşı, İrəvan, Tbilisi, Almatı, Buxarest və Daşkəndə də birbaşa uçuşlara start verəcək. Bundan əlavə, şirkət 2025-ci ilin noyabrından Səudiyyə Ərəbistanının Mədinə şəhərinə də reyslər açacaq