AZAL-dan Özbəkistanın Ürgənc şəhərinə yeni reyslər

2 avqustdan etibarən “AZAL” Ürgənc şəhərinə müntəzəm reyslər açır.
Uçuş günləri: Çərşənbə və şənbə
Biletlər artıq satışdadır!
- 2 avqust – 240 AZN
- 3 sentyabr – 240 AZN
- 27 sentyabr – 240 AZN
- 1 oktyabr – 240 AZN
- 18 oktyabr – 240 AZN
Ürgənc haqqında maraqlı faktlar
Haradadır?
Ürgənc, Özbəkistanın Xarəzm vilayətində, Türkmənistan sərhədinə yaxın yerləşir.
Nə görmək olar?
- Avestanın 2700 illiyinə həsr olunmuş abidə
- Dahi alim Əl-Xarəzmiyə ithaf olunmuş kompleks
- Xarəzmşahlar dövlətinin son hökmdarı Cəlaləddin Mənqburninin heykəli
Hara getmək olar?
- YUNESKO İrs siyahısında olan qədim Xiva şəhəri – Ürgəncdən cəmi 30 dəqiqəlik məsafədə
- Ayazqala arxeoloji kompleksi (e.ə. IV əsr) – 70 dəqiqəlik məsafədə
- Qızılqala (2000 illik tarixi) – 70 dəqiqəlik məsafədə
Nə yemək olar?
- Tuxum Barak – qutabdan kiçik, düşbərədən böyük, regiona xas xəmir xörəyi
- Şivit oshi – yaşıl rəngli, unikal dadlı yerli pasta
Viza yoxdur. Səyahətini planlaşdır, Ürgəncin tarixi və dadlı mətbəxi ilə tanış ol!
Tarix:
24 İyn 2025
Tərəfindən:
Bilet.az