Bakı Batumi Bilet Qiymətləri
Bileti əldə etdiyiniz aviaşirkətdən və səyahət etdiyiniz tarixdən (gün və aylardan) asılı olaraq Bakı – Batumi bilet qiymətləri dəyişə bilər. Əksər hallarda Bakıdan Gürcüstana bileti erkən (məsələn: 1–2 ay əvvəl) və onlayn aldığınız zaman 20–30%-ə qədər qənaət edə bilərsiniz.
Bakıdan Batumiyə birbaşa uçuşlar mövsümi olaraq təşkil olunur və əsasən Azerbaijan Airlines (AZAL) tərəfindən həyata keçirilir. Birbaşa reyslər olmadığı hallarda isə alternativ olaraq Pegasus Airlines, Turkish Airlines və digər aviaşirkətlər vasitəsilə 1 transferli uçuşlar mövcuddur. Biz isə sizin üçün aşağıda cari aya uyğun Bakıdan Batumiyə ən ucuz bilet qiymətləri barədə məlumat hazırladıq.
Bakı – Batumi (GYD – BUS) Uçuşlarının Ümumi Məlumatı:
- Uçuş müddəti: təxminən 1 saat 30 dəqiqə
- Marşrut: Birbaşa uçuşlar əsasən AZAL tərəfindən həyata keçirilir (mövsümi olaraq)
Ən ucuz Bakı – Batumi (GYD – BUS) aviabiletini tapmaq üçün aşağıdakı tövsiyələri nəzərə almağınız faydalıdır:
- Uçuş tarixlərini mümkün qədər erkən planlaşdırın
- Həftə içi günlərə üstünlük verin
- Bayram və turizm mövsümünün pik vaxtlarından kənar tarixləri seçin
- Gediş-dönüş biletləri ayrıca yoxlayın və müqayisə edin
- Ən sərfəli variantları tapmaq üçün bilet.az sayıntdakı qiymət cədvəllərindən istifadə edin
Bilet.az və digər platformalarda qiymətlərlə tanış olduqdan sonra, özünüz üçün uyğun səyahət planı qura bilərsiniz. Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında viza rejimi yoxdur. Bu da ümumi səyahəti daha rahat edir. Gürcüstan səyahəti üçün səyahət sığortası tələb olunur. Bunun üçün bizə müraciət edə bilərsiniz.
Açar sözlər: batumi bilet qiymetleri, baki batumi bilet, batumi aviabiletin qiymeti, bakı batumi, baku batumi flights