Bakı Tivat Bilet Qiymətləri

Bakı Tivat Bilet Qiymətləri

Bileti əldə etdiyiniz avia şirkətdən və səyahət etdiyiniz tarixdən (Günlərdən və aylardan) asılı olaraq Bakı Tivat Bilet Qiymətləri dəyişə bilir. Bütün hallarda Bakıdan Monteneqroya bileti erkən (Misal üçün: 2 ay əvvəl) və onlayn aldığınız zaman 25 % – ə qədər qənaət etmiş olursunuz.

Bakıdan Tivata birbaşa uçuşları AZAL hava yolları təşkil edir. Tivata aviabilet əldə edərkən nəzərə alın ki, ən ucuz uçuşları bu hava yolları həyata keçirir. Birbaşa uçuşlar olmadıqda isə alternativ olaraq Turkish Airlines vasitəsilə 1 transferli reyslər mövcuddur. Biz isə siz turistlər üçün aşağıda cari aya görə Bakıdan Tivata Ən Ucuz Bilet Qiymətləri Cədvəlini – ni hazırladıq.

Ən ucuz Bakı – Tivat (GYD – TIV) aviabiletini tapmaq üçün aşağıdakı tövsiyələri nəzərə almağınız faydalıdır:

  1. Uçuş tarixlərini mümkün qədər erkən planlaşdırın
  2. Həftə içi günlərə (xüsusilə çərşənbə axşamı və çərşənbə) üstünlük verin
  3. Bayram günlərindən kənar tarixləri seçin
  4. Gediş-dönüş biletləri ayrıca yoxlayın və müqayisə edin
  5. Ən ucuz variantları tapmaq üçün qiymət cədvəlindən istifadə edin

Bilet.az-da qiymətlərlə tanış olduqdan sonra, özünüz üçün turlar sifariş edə bilərsiniz. Qeyd edək ki, Monteneqro və Azərbaycan arasında viza rejimi yoxdur.

Bakıdan Tivata birbaşa uçuşların orta müddəti təxminən 3 saat 30 dəqiqə təşkil edir. Transferli uçuşlarda ümumi səyahət müddəti seçilən marşruta görə daha uzun ola bilər. Ümumi səyahət müddəti transferin gözləmə vaxtından asılı olaraq 6–15 saat arasında dəyişə bilər.

Birbaşa Bakı–Tivat uçuşları əsasən:

  • İyun – sentyabr aylarında

  • Həftədə müəyyən günlər

  • Məhdud sayda yer ilə

icra olunur. Mövsümdən kənar dövrlərdə isə transferli uçuşlar daha aktiv olur.

Açar sözlər: tivat bilet qiymetleri, baki tivat bilet, baki tivat ucus, monteneqro bilet

Paylaş