Bakı İstanbul Bilet Qiymətləri

Bakı İstanbul Bilet Qiymətləri

Bileti əldə etdiyiniz avia şirkətdən (AZAL, Türk Hava Yolları), səyahət etdiyiniz tarixdən (Günlərdən və aylardan) asılı olaraq Bakı İstanbul Bilet Qiymətləri dəyişə bilir. Bütün hallarda Bakı İstanbul bilet erkən (Misal üçün: 2 ay əvvəl) və onlayn aldığınız zaman 25 % – ə qədər qənaət etmiş olursunuz.

Bakıdan İstanbula birbaşa uçuşları əsasən Türk Hava Yolları, AZAL və AZAL – ın Lowcost hava yolları olan Buta Airways təşkil edir. İstanbula aviabilet əldə edərkən nəzərə alın ki, lowcost olduğundan ən ucuz uçuşlar Buta Hava Yolları ilə olacaqdır.
Biz isə siz turistlər üçün cari aya görə Bakıdan İstanbula Ən Ucuz Bilet Qiymətləri Cədvəlini – ni hazırladıq. 

Qiymətlərlə tanış olduqdan sonra, özünüz üçün İstanbula Turlar sifariş edə bilərsiniz. Qeyd edək ki, Türkiyə və Azərbaycan arasında viza rejimi yoxdur.

İstanbul

İstanbul – dünyanın ən populyar turizm şəhərlərindən biridir. İntellektual və Avropa mədəniyyətinin qaynaşması bu şəhəri inanılmaz bir məkana çevirir və qonaqlar üçün unudulmaz xatirələr bəxş edir. İstanbula ucuz uçuşlar sizə həyəcanlı bir səyahət etməyinizə imkan verəcəkdir. Bu şəhər həqiqətən təsir edici mənzərələrlə doludur və onları ziyarət etməkdən imtina etmək həqiqətən çətindir.

İstanbul

Burada eyni zamanda böyük bir tarixə, dini əhəmiyyətə, ecazkar memarlığa və gözəlliyə sahib olan, Ayasofyanı görə bilərsiniz. Topkapı Sarayında təəccüblü rənglər və mozaikalar görə bilər, və Osmanlı sultanlarının əsrlər boyu bu sarayda necə yaşadıqlarını öyrənə bilərsiniz.

Sonuna qədər getmək və türk mədəniyyətini yaşamaq istəyirsinizsə, məscidi ziyarət etmədən bu şəhəri tərk etməməlisiniz. “Süleyman Məscidi”,  və “Sultan Əhməd Məscidi”, arxitekturası və interyeri ilə sizi həqiqətən heyran edəcək və səyahətinizi daha da mükəmməl edəcək.

Əlbəttə ki, İstanbulda gəzməli və görməli yerlər, yuxarıda saydıqlarımız ilə bitmir. Bu şəhər o qədər böyük və əsrarəngizdir ki, şəhərin bir üzündən, o biri üzünə varmaq üçün 8 saat bəs eləmir. Şəhər başdan ayağa tarixi abidələrlə doludur. Gecələr isə bu möhtəşəm şəhər bir başqa görünür. O gözəl mənzərəni görmək isdəyirsinizsə, uçuşunuzu gecə reysinə bron etməyinizi məsləhət görərdim.

Muzeylərə Biletlər

Açar sözlər: baki istanbul bilet, bilet qiymeti, baki istanbul bilet qiymetleri buta, istanbula avia bilet

Paylaş