Dubay Bilet Qiymətləri

Dubay Bilet Qiymətləri

Bileti əldə etdiyiniz avia şirkətdən (AZAL, Fly Dubay), səyahət etdiyiniz tarixdən (Günlərdən və aylardan) asılı olaraq Bakı Dubay Bilet Qiymətləri dəyişə bilir. Bütün hallarda Bakı Dubay bilet erkən (Misal üçün: 2 ay əvvəl) və onlayn aldığınız zaman 25 % – ə qədər qənaət etmiş olursunuz.

Bakıdan Dubaya birbaşa uçuşları əsasən Fly Dubay, AZAL  hava yolları təşkil edir. Dubaya aviabilet əldə edərkən nəzərə alın ki, Dubay üçün viza da almağınız vacibdir. Azərbaycan vətəndaşları Dubay vizasını elektron olaraq onlayn şəkildə və ya yerli turizm şirkətlərindən əldə edə bilərlər.
Biz isə siz turistlər üçün aşağıda cari aya görə Bakıdan Dubaya Ən Ucuz Bilet Qiymətləri Cədvəlini – ni hazırladıq. 

Qiymətlərlə tanış olduqdan sonra, özünüz üçün Dubaya Turlar sifariş edə bilərsiniz.

Dubay

Dubay – dünyanın ən populyar turizm şəhərlərindən biridir. Tarixi çox yeni olan bu şəhər turist, qəbulunda özünəməxsus yer tutur. Azad İqtisadi Zona olduğundan, hər il bu şəhərə müxtəlif ölkələrdən insanlar ticarət üçün üz tuturlar. Eyni zamanda görkəmli göydələnləri, müasir atraksionları ilə bura turistlərin marağına çevrilmişdir. Dubaya ucuz uçuşlar sizə həyəcanlı bir səyahət etməyinizə imkan verəcəkdir.

Dubay Bilet Qiymətləri

Əlbəttə ki, Dubay ancaq ticari əhəmiyyət kəsb etmir. İlin əksər aylarında bura isti olduğundan, əsasən də soyuq ölkələrdən bura turist axını baş verir. Coğrafi mövqeyi və zəngin bir şəhər olması nəzərə alınaraq, turistlər üçün burada çoxlu 5 ulduzlu çimərlik otelləri inşa edilmişdir.

Eyni zamanda burada dünyanın ən hündür binası Burc Xəlifə yerləşir. Bakı Dubay Biletini əldə etdikdə, onlayn şəkildə özünüzə Safari səhrasında ekskursiya da sifariş edin. Sizi əmin edirəm ki, Land Cruiser ciplərində səhrada gəzmək, ondan sonra isə axşam yalın ayaqlarınız ilə soyuq qumda dolaşmaq sizin çox xoşunuza gələcəkdir. Gecə istirahətiniz üçün Dubay Marina və Cumeyrah bölgələrinə baş çəkin. Marinada dolaşarkən ərəb şaurmasının da dadına baxmağı unutmayın.

Muzeylərə Biletlər

Açar sözlər: dubay bilet qiymetleri, bak dubay bilet, baki dubay ucuz bilet

Paylaş