Blog

Ən çox ziyarət olunan hava limanları

Ən güvənli transport növü sayılan hava yolu nəqliyyatı hər gün daha da böyüməkdədir. Yeni aviaşirkətlərin açılması və yaranan rəqabət artıq bu sahəni bizə daha əlçatan edir. Yaxın keçmişdə təyyarələrdən sayılı insanlar istifadə etsələr də artıq insanlar hətta öz şəxsi təyyarələri ilə istədikləri yerlərə səyahət edirlər. Təyyarələrin sayının artması təbii olaraq hava limanlarının böyüməsinə və saylarının artmasına səbəb olur. Ən böyük hava limanları isə təbii olaraq əhalinin ən çox məskunlaşdığı şəhərlərdə tikilir. Siyahımızda, əhalisinin sayına görə o qədər də böyük olmasa da, turistlik yerlərinin çox olmasından dünyanın ən çox ziyarət olunan hava limanları siyahısına düşmüş limanlar da var.

1. Hartsfield-Jackson Atlanta Beynalxalq hava limanı (ATL)

Hartsfield-Jackson Atlanta

Əlverişli coğrafi mövqedə yerləşən Atlanta turistlərin daim maraq obyektidir. Bu ərazidə yaşayanların da sayının çox olması hava limanını siyahımızda lider olmağa gətirib çıxarır. 1998-ci ildən bu günə qədər səyahət edənlərin sayına görə bu nəhəgn hava limanı birinci sırada dayanıb. Bir il ərzində hava limanını ziyarət edən sərnişinlərin sayı isə nə az nə çox 101.5 milyondur.

2. Beijing Capital Beynalxalq hava limanı (PEK)

Beijing Capital

Çinin bir nömrəli qapısı sayılan Beijing Capital Beynalxalq hava limanı 1958-ci ildə qurulub. Ən son texnologiyalar ilə qurulmuş hava limanı 89.9 milyon sərnişin ilə siyahımızın ikinci sırasında qərarlaşıb. Hər il artan sərnişin axınını qarşılamaq üçün hava limanı 1965-ci ildən sonra yeddi dəfə yenidə qurulub.

3. Dubai Beynalxalq hava limanı (DXB)

Dubai Beynalxalq hava limanı

Dünyanın ən müasir üslubda tikilən şəhəri olan Dubay təbidir ki, özündə ən güzəl və ən böyük hava limanını saxlamalıdır. Bu hava limanı hər il 78 milyon sərnişini öz istiqamətinə aparır. Hava limanı 260-dan çox hava yolu şirkətini özündə cəmləşdirir və bu şirkətlər 270-dən çox istiqamətə uçurlar.

4. Chicago O’Hare Beynalxalq hava limanı (ORD)

Chicago O’Hare

Chicago O’Hare hava limanı həm də ərazisinə görə ən böyük hava limanlarındandır. 7.2 hektar ərazisi olan hava limanı cook və DuPage regionlarında yerləşir. Siyahımızın dördüncü yerində qərarlaşmasını isə hər il oranı ziyarət edən 76.9 milyon sərnişinə borcludur.

5. Tokyo Beynalxalq hava limanı (HND)

Tokyo beynalxalq

Yaponyanın Hoşu adasında yerləşən bu hava limanı Haneda olaraq da bilinir. Adada yerləşməsinə baxmayaraq mərkəzi Tokyo ilə quru yolu vasitəsilə bağlanır. Hava limanı 75 milyon sərnişin ilə bizim siyahımızda yer alır. Əvvəllər Tokyonun bütün beynalxalq uçuşları buradan həyata keçirilsə də indi Narita hava limanından gerçəkləşir.

Paylaş
Tərəfindən:
Niyazi Ibrahimov